Avstriya təxminən 100 iranlıya sığınacaq verib

22.07.2019 14:48

İki il bundan əvvəl ABŞ-a səfər edərkən, Vyana beynəlxalq hava limanından buraxılmayan yüzədək iranlıya Avstriyada rəsmi olaraq sığınacaq verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ilk gündən həmin şəxsləri öz himayəsinə alan Avstiyanın baş yepiskopu, kardinal Xristof Şönborn təsdiqləyib.

O, Avstriya rəsmi qurumlarına müxtəlif din və təriqətləri, eləcə də milli azlıqları təmsil edən bu şəxslərin Avstriyada qalmasına icazə verilməsinə görə təşəkkür edib.

Qeyd edilməlidir ki, ABŞ-ın "Lautenberq proqramı” çərçivəsində bu ölkəyə viza ilə təmin olunan və Avstriyadan tranzit ölkə kimi istifadə edən bir qrup şəxs ABŞ-ın miqrasiya qanunvericiliyindəki dəyişiklikdən sonra səfərlərini davam etdirə bilməmiş, Avstriyada qalmalı olmuşdular. D.Tramp administrasiyasının yeni miqrasiya qanunu bu şəxslərin ABŞ-a qanuni miqrasiya etməsinin qarşısını alıb. Bundan sonra siyasi və hüquqi müstəvidə hansı ölkədə yaşama barədə proses başladı. Bu ilin əvvəlində ABŞ həmin qrupdan təxminən iyirmi nəfərə yenidən viza versə də, digər şəxslər taleyin ümidinə buraxılmışdı.

Vyana Arxiyepiskopluğunun maddi və hüquqi himayəsində olan bu şəxslərə, nəhayət ki, Avstriya dövləti öz ərazisində sığınacaq icazəsi verib.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR