“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb

22.07.2019 09:04

Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı "exit-poll”un ilkin nəticələri açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı "exit-poll”un nəticələrinə görə, seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar bunlardır: Prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi” partiyası seçicilərin 43,9 faizinin səsini toplayıb. İkinci yerdə "Həyat uğrunda - müxalifət platforması” gedib, onlar seçicilərin 11,5 faiz səsini qazanıblar. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun "Avropa həmrəyliyi” 8,9 faiz, Yuliya Timoşenkonun "Batkivşina” partiyası 7,6 faiz, ukraynalı müğənni Svyatoslav Vakarçukun "Səs” partiyası 6,3 faiz səs toplaya biliblər.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR