Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

21.07.2019 15:48

Hindistanın Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Güclü yağışların səbəb olduğu daşqınlarda 62 nəfər həlak olub. Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, 5,7 milyona yaxın insan daşqınlar zonasındadır. Daşqınların daha intensiv olduğu ərazilərdən 151 mindən artıq insan təxliyə edilib.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR