Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

20.07.2019 18:36

Türkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə əlaqədar şəhərin 6 rayonunda, 40 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində saxlanılanlardan 10-u həbs edilib, 18 nəfər məhkəmə nəzarətinə alınıb, 23 nəfər isə sərbəst buraxılıb.

Bəzi şübhəlilərin həbsdəki təşkilat üzvləri ilə əlaqələrinin olduğu, onlara maddi dəstək göstərdiyi aşkar edilib. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan "Bylock”dan da istifadə etdikləri bildirilir.

Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR