Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir

20.07.2019 18:09

Moskva Şəhər Dumasına qarşıdan gələn seçkilərə etiraz olaraq Rusiya paytaxtının Akademik Saxarov prospektində mitinq keçirilir.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, mitinqə 12 minə yaxın insan qatılıb. İctimai təhlükəsizliyin təmin olunması polis və Milli Qvardiya Qoşunlarına həvalə edilib.

Bundan öncə mitinq təşkilatçıları polisi iştirakçıların tədbirə qatılmasında maneə törətdiyində günahlandırıblar. Öz növbəsinə Rusiyanın Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, mitinq iştirakçıları sadəcə meydana daxil olmamışdan öncə yoxlanılır.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR