Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Riqa aeroportu yeni qaydalar tətbiq edib

18.07.2019 09:31

Riqa aeroportu valideynsiz səyahət edən azyaşlılarla bağlı yeni qaydalar tətbiq edib. AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, valideynlər uşaqlarını təyyarəyədək müşayiət edə biləcəklər.

Əvvəllər uşaqları yalnız aviaşirkət əməkdaşları yola salır, valideynlər onlarla təhlükəsizlik yoxlanışından əvvəl vidalaşırdılar. Lakin hər ay azı 200 azyaşlının təkbaşına səyahət etməsini nəzərə alaraq aeroport bu qaydanı tətbiq edib.

Uşaqlarını təkbaşına səyahətə göndərmək istəyən valideynlər bu xidmətdən yararlanmaq üçün əvvəlcədən aviaşirkətə məlumat verməli olacaqlar. Belə ki, hər təyyarədə yalnız məhdud sayda uşaq valideyn və ya qəyyum olmadan uça bilər.

Yeni qaydalar hələlik yalnız Şengen ərazisinə daxil olan ölkələrə səyahətlər zamanı tətbiq ediləcək.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR