Belarusda İkinci Dünya müharibəsinə aid silah-sursat anbarı aşkarlanıb

15.07.2019 21:08

Belarusun Brest vilayətinin Pinsk şəhərində İkinci Dünya müharibəsi dövrünə aid silah-sursat anbarı aşkarlanıb.

Xezerxeber.az BELTA-ya istinadən xəbər verir ki, silah-sursat anbarı Bretskaya küçəsi 179 ünvanında tikinti işləri aparılarkən müəyyən edilib. Hazırda silah-sursatın zərərsizləşdirilməsi üçün xüsusi qrup təhlükəsizlik tədbirləri həyata keçirir.

Qeyd edək ki, hər il Belarus ərazisində İkinci Dünya müharibəsinə aid orta hesabla 20 mindən artıq mərmi aşkarlanaraq zərərsizləşdirilir.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR