Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Merkelin səhhəti Danimarkanın baş nazirini ayaq üstə qarşılamağa imkan verməyib

11.07.2019 15:46

Almaniyada səfərdə olan Danimarkanın baş nazirinin qarşılanma mərasimi keçirilib.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya kansleri Merkelin səhhəti Danimarkanın baş naziri Mette Frederikseni ayaq üstə qarşılamağa imkan verməyib.

Belə ki, rəsmi qarşılanma mərasimi zamanı A. Merkel baş naziri oturaraq qarşılayıb. Danimarkanın baş naziri də Almaniya kanslerinin yanında əyləşib.

Qeyd edək ki, dünən Berlində Finlandiya baş naziri Antti Rinnenin rəsmi qarşılanma mərasimində A. Merkelin səhhətində problem yaranıb.

A. Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb. Bundan sonra, oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib.

© xezerxeber.az


64 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR