Məşhur kurortda dəhşətli anlar: təyyarə aeroport binasına girdi - VİDEO

25.06.2019 12:22

Hadisə idarəetmədə yaranmış səhv nəticəsində baş verib

"Kuwait Airways” aviaşirkətinə məxsus təyyarə Fransanın Nitsa şəhərində eniş zamanı aeroportun binası ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aviaşirkət deyib ki, hadisə dünən, təyyarənin idarəetməsində yaranmış səhv nəticəsində baş verib. Təyyarənin sol qanadının mərkəzi körpünün tağına dəydiyi bildirilir.

Ekipaj üzvləri və sərnişinlər təyyarədən təxliyə olunublar. Onlar arasında xəsarət alan yoxdur.

Aviaşirkət hadisənin araşdırılması üçün Fransanın müvafiq orqanları ilə əməkdaşlıq etdiyini bildirib./Sputnik Azərbaycan

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR