İvanka Tramp qadınların problemlərini dünya liderlərinə çatdıracaq

25.06.2019 11:09

ABŞ prezidentinin qızı İvanka Tramp G20 sammitində qadınların hüquqlarını müzakirə edəcək.

"RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib:

"İvanka Tramp qadınların hüquqlarının möhkəmləndirilməsinə həsr edilmiş tədbirdə iştirak və çıxış edəcək. Bundan əlavə, İ.Tramp qadınların məşğulluğuna həsr edilmiş sessiyada da iştirak edəcək”.

G20 sammiti 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR