Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Tbilisi meri 6 illik arvadı ilə yenidən evləndi

20.06.2019 16:40

Gürcüstanın ən gözəl cütlüklərindən hesab edilənTbilisi meri Kaxa Kaladze və dizayner Anuki Areşidze 6 illik evlilikdən sonra kilsədə nikah mərasimi keçirib.

Qeyd edək ki, cütlüyün Levan, Kaxaber, Vaçe və Nikolu adlı 4 oğlu var.Kilsədə keçirilən nikah mərasimindən öncə Gürcüstanın patriarxı II İlya ailənin iki böyük oğlunu xaç suyuna salıb. Nikah mərasimindən sonra Tbilisi yaxınlığındakı otellərdən birində banket verilib.

Kaxa Kaladze bir zamanlar "Milan” futbol klubunda oynamış keçmiş futbolçudur. 2017-ci ildən Tbilisinin meridir. Buna qədər o ölkəsinin energetika naziri vəzifəsində çalışıb.

Xanımı isə "Anouki” geyim brendinin əsasını qoymuş məşhur dizaynerdir. Onun əl işləri Paris və Milanınnüfuzlu moda evlərində sərgilənir.

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR