Bu gün Qaşıqçı ilə bağlı hesabat açıqlanacaq

19.06.2019 11:33

Bu gün BMT-nin Camal Qaşıqçının qətli ilə bağlı hesabatı açıqlanacaq.

Bu barədə BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard məlumat verib.

Hesabatın BMT-nin saytında dərc ediləcəyi bildirilib.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçı ötən ilin oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir./axar.az

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR