Sərhəddə partlayış: 12 ölü, 10 yaralı

19.06.2019 10:25

Kolumbiya və Venesuela sərhədində partlayış törədilib.

TASS agentliyi xəbər verir ki, "El Tiempo” qəzetinin yazdığına görə, ən azı 12 nəfər partlayışın qurbanı olub.

Məlumata görə, hadisə Kolumbiya və Venesuela sərhədində, Kolumbiyanın Norte-de-Santander departamenti ilə sərhəddəki Boka-de-Qrita kəndində qeydə alınıb.

Daha 10 nəfərin yaralandığı bildirilir.

Qeyd edilir ki, naməlum şəxslər bir neçə partlayıcı qurğunu işə salıblar.

Kolumbiya hakimiyyəti sərhədi qanunsuz keçən iki nəfəri artıq saxlayib. Partlayışların sərhəd rayonunda yanacaq qaçaqmalçılığı ilə məşğul olan müxtəlif cinayətkar qruplaşmaların toqquşmasının nəticəsi olduğu bildirilir./publika.az

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR