SON DƏQİQƏ: sərhəddə partlayış, zəlzələ meydana gəldi

18.06.2019 11:52

Şimali Koreya – Çin sərhədində zəlzələ meydana gəlib.

Bu barədə Çin Zəlzələ Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Şimal-şərqi Cilin əyalətindəki Hancan şəhərində yerli vaxtla saat 19:30-da 1,3 bal gücündə təkan qeydə alınıb. Naməlum bir partlayışdan sonra baş verən təkanların episentri 0 metr dərinlikdə qeyd edilib.

Hadisənin Çin prezidenti Si Cinpinqin Şimali Koreyanın paytaxtı Pxençana səfər edəcəyinin açıqlanmasından 1 saat sonra meydana gəlməsi diqqət çəkib.

Partlayışa nəyin səbəb olduğu bilinmir.

Qeyd edək ki, keçmişdə Şimali Koreyanın apardığı nüvə sınaqları Çin sərhədində zəlzələyə səbəb olurdu. 2017-ci ilin sentyabr ayında Şimali Koreyanın Mantap dağı yaxınlığında "Punggye-ri” nüvə stansiyasında aparılan sınaq Çinin şimal sərhədində 6,3 bal gücündə təkan yaratmışdı. Çinli seysmoloqlar belə nəticəyə gəlmişdi ki, Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib və nəticədə ana nüvə stansiyası sökülərək istifadəsiz hala gəlib./publika.az

© xezerxeber.az


358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR