Ruhani Avropaya son şans verdi

18.06.2019 11:46

Avropa ölkələrinin hələ də Hərtərəfli Birgə Fəaliyyət Planını (nüvə sazişi – red.) qoruyub saxlamağa vaxtı var.

"Al-Arabiya” telekanalının məlumatına görə, bu bəyanatla İran Prezidenti Həsən Ruhani çıxış edib.

İran liderinin sözlərinə görə, bu imkandan yararlanmaq üçün çox az vaxt qalıb. H.Ruhani beynəlxalq nüvə sazişinin pozulmasının regiona heç bir xeyir gətirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi iyunun 27-dən etibarən Tehranın az zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı Vyana sazişində nəzərdə tutulan yuxarı həddi (300 kq – red.) qaldıracağını bəyan etmişdi. (Oxu.az)

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR