İngiltərəli nazirdən Trampa: “Öz ölkəsi üçün narahat olsun!”

18.06.2019 11:34

ABŞ prezidenti həddindən artıq zorakılıq məsələsində haqlıdır, ancaq zorakılığın İngiltərədən 10 dəfə çox olan ölkəsi üçün narahat olsun.

Axar.az xəbər verir ki, bunu İngiltərənin Daxili İşlər naziri Sayid Cavid deyib. O, İngiltərədə cinayətlərin artmasında London bələdiyyə sədri Sadiq Xanı ittiham edən Trampı tənqid edib. Nazir belə bir addımın böyük bir ölkə rəhbərinə yaraşmadığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son günlərdə Londonda cinayətlərin artmasında bələdiyyə sədri Sadiq Xanı günahlandırıb.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR