Baş nazir istefadan sonra nə işlə məşğul olacağını açıqladı

17.06.2019 12:41

Britaniyanın Baş naziri Tereza Mey jurnalistlərə istefaya getdikdən sonra nə işlə məşğul olacağı barədə danışıb.

Sky News-un məlumatına görə, xanım siyasətçi bu vaxta qədər yemək bişirməyə vaxt tapmadığı üçün kulinariya ilə məşğul olacağını söyləyib.

O, həmçinin marağını çəkən digər məşğuliyyətlərdən bəhs edib:

"Mən istefamdan sonra parlamentari kimi siyasətdə qalacağam. Amma indi daha çox vaxtım olacaq,ailəmə, gəzintiyə və kriket oyununa zaman ayıracağam. Kriket izləməyi sevirəm”.

Qeyd edək ki, T.Mey iyunun 7-də istefa verdiyini bəyan edib. O, postunu iyulun 20-dən sonra tərk edəcək./oxu.az

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR