Fransada 250 min litr konyak yandı

17.06.2019 12:36

Fransanın qərbində yerləşən Şaranta departamentində güclü yanğın nəticəsində 250 min litr konyak yanaraq məhv olub.

TASS xəbər verir ki, yanğın damında Günəş panelləri yerləşdirilmiş binada başlayıb və ətrafa yayılıb.

Şənbə günü başlamış yanğını yalnız bu axşam söndürmək mümkün olub. Yanğının söndürülməsinə 70 yanğınsöndürən briqada cəlb olunub.

Yanğınsöndürənlər alovun qonşuluqda yerləşən və 350 min litr konyakın saxlanıldığı zavoda keçməsinin qarşısını ala biliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki,Şaranta departamentində 5 minə yaxın alkoqollu içki anbarı var. Regionda hər il 55 milyon litrə yaxın alkoqollu içki istehsal olunur./oxu.az

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR