Nazir Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırdı

17.06.2019 09:47

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Nazirin sözlərinə görə, sanksiyalar beynəlxalq hüququn pozulmasına reaksiyanın ən effektiv üsuludur.

O həmçinin əlavə edib ki, Rusiyanın Donbas münaqişəsi üzrə Minsk razılaşmalarının icrası istiqamətində konkret addımlara təşəbbüs etmədiyi müddətdə Avropa İttifaqı bu xəttə tərəfdar olmalıdır.

Reynsalu vurğulayıb ki, Avropa İttifaqı Ukraynanın müstəqilliyini dəstəkləyir./publika.az

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR