Təcavüzdə adı hallanan aktyorun əlləri qandallandı

16.06.2019 17:02

Ötən həftə sonu məhkəməyə 51 yaşlı aktyordan təcavüzlə bağlı şikayət daxil olmuşdu

"Oskar" mükafatçısı, amerikalı aktyor Kyuba Qudinq (kiçik) ifadə vermək üçün əlləri qandallanaraq məhkəməyə aparılıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 1997-ci il istehsalı olan "Yeni bir başlanğıc" filmində canlandırdığı obraza görə mükafat alan aktyorun adı təcavüz olayında hallanıb.

Bildirilir ki, həddən artıq içkili olan aktyor Nyu-Yorkda ikən 29 yaşlı qadına təcavüz edib. Lakin Kyuba Qudinq haqqında yayılan bu iddiaları rədd edib.

Qeyd edək ki, ötən həftə sonu məhkəməyə 51 yaşlı aktyordan təcavüzlə bağlı şikayət daxil olmuşdu.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR