Təyyarənin mühərrikindən yağ sızdı - İstanbula enməyə məcbur oldu

16.06.2019 14:42

İngiltərənin "British” Hava Yollarına məxsus "Boinq-787” markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib.

Buna səbəb Hindistanın Çennai şəhərindən Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb.

Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib./publika.az

© xezerxeber.az


189 dəfə oxunub

ÇOX OXUNANLAR