Fransız milyarderlər sözlərinə əməl etmədilər: “Bir sent də xərcləməyiblər”

16.06.2019 12:19

Paris Notr-Dam kilsəsindəki yanğından sonra fransız milyarderlər bu tarixi memarlıq abidəsilə bağlı vəd vermişdilər.

Bildirmişdilər ki, kilsənin bərpası üçün onlar da yetərincə maddi vəsait ayıracaqlar. Amma verdikləri sözə əməl etməyiblər. Bu barədə "Bloomberg” məlumat yayıb.

Kilsənin bərpası üçün yaradılmış xeyriyyə fonduna həmin milyarderlərdən bir sent də vəsait daxil olmayıb. Kilsənin mətbuat xidmətinin əməkdaşı Anri Fino deyir ki, böyük investorlar onların vəsaitlərinin nəyə sərf olunacağını bilmək istəyirlər. Onların çəkinməsi də bununla əlaqədardır.

"France Info” yazır ki, milyarderlər rekonstruksiya planının açıqlanmasını gözləyirlər, bundan sonra fonda pul köçürəcəklər. Vəd verilən məbləğin təxminən 9 faizi indiyədək toplanıb. Bunun da 90 faizi ABŞ-dan daxil olub. "Amerikalılar "Notr-Dam”a münasibətdə çox səxavətlidilər. Bu abidəni Amerikada çox sevirlər”,- "Notr-Damın Dostları” Xeyriyyə Fondunun rəhbəri Mişel Piko belə deyib.

Apreldə bildirilirdi ki, kilsənin bərpası üçün vəd olunan məbləğ yarım milyard avronu keçib. "Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun rəhbəri olan Arno ailəsi tarixi abidənin yenidən qurulmasına 200 milyon avro köçürəcəyini bəyan etmişdi. Amma hazırda toplanan məbləğin cəmi 3.6 milyon avro olduğu bildirilir./Bizimyol.info

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR