Aylardır davam edən müharibədə SON NÖQTƏ: ABŞ və Türkiyə...

12.06.2019 09:31

ABŞ Türkiyə ilə gərginliyə səbəb olan S-400 müdafiə kompleksi və F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr aparacaq.

Bu barədə ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan bildirib.

Polşalı həmkarı Mariusz Blaszczak ilə Pentaqondakı görüşdən öncə jurnalistlərə açıqlama verən Şanaxan qeyd edib ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə S-400 böhranını telefonda müzakirə edəcək. Həmçinin, türk pilotlatın F-35 döyüş təyyarələri təlimlərini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətiriləcək.

Bu arada, ABŞ Polşada raketdən müdafiə bazası quracaq. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Rud bu bazanının inşa edilməsində qətiyyətli olduqlarını dilə gətirib./publika.az

© xezerxeber.az


58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR