Yerə asteroid düşə bilər

10.06.2019 11:36

Futbol meydançası böyüklükdə asteroid Yerə düşə bilər.

Bu barədə "İnternational Business Times” məlumat yayıb.

Asteroidin planetimizlə təmas ehtimalı yeddi mində birə bərabər qiymətləndirilir.

2006 QV89-la toqquşma 9 sentyabr 2019-cu ilə təsadüf edə bilər. Asteroid Avropa Kosmik Agentliyi tərəfindən hazırlanan təhlükəli səma cisimləri siyahısında ən çox narahatlıq yaradan dördüncü kosmik obyektdir.

Modelləşdirmə nəticələrinə əsasən, asteroid, böyük ehtimalla, Yerdən 6,7 milyon kilometrdən çox uzaqlıqdan keçəcək.

Bundan əvvəl aprelin 18-də Harvard Universitetinin alimləri 2014-cü ilin yanvar ayında Yer atmosferinə daxil olmuşkosmik obyektin Süd Yolu diskində yerləşən başqa planet sistemindən gəldiyini açıqlayıb.

Obyektin Günəş cazibəsi ilə heç bir əlaqəsi olmayıb, yəni onun orbiti ətrafında hərəkət etməyib, cazibə qüvvəsi asteroidin trayektoriyasına heç bir təsir göstərməyib.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR