İranda narkotik deposu aşkarlandı

10.06.2019 10:57

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Mircavə sərhəd rayonunda narkotik deposu aşkarlanıb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, Mircavə rayonu sərhədçilərinin keçirdiyi əməliyyat nəticəsində gizli bir depoda 1,68 ton tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır (Trend).

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 09:53

İranda zəlzələ olub

ÇOX OXUNANLAR