NASA kosmik turizmə başlayır: 350 km yüksəklikdə...

10.06.2019 10:48

ABŞ-ın Kosmos və Aviasiya Agentliyi (NASA), 2020-ci ildən etibarən Beynəlxalq Kosmos Stansiyanın turizm üçün istifadə ediləcəyini açıqlayıb.

XəzərXəbər "SputnikAzərbaycan"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyanın (İSS) direktoru vəzifəsini icra edən Robyn Gatens bildirib.

Onun sözlərinə görə, kosmik raketlə ildə ən çoxu iki səyahət həyata keçirəcəklər. Kommersiya məqsədi ilə istifadəyə buraxılan kosmik raketlər vasitəsilə orbitə çıxacaq kosmik turistlər 30 günə qədər İSS-də qalacaqlar. Onun sözlərinə görə, 1998-ci ildə ilk hissəsi orbitə buraxılan İSS-də 2011-ci ildən bəri insanlar yaşayır. NASA-nın maliyyə meneceri Jeff DeWit Nyu-Yorkdakı çıxışında bildirib ki, bu addım onlara yeni maddi imkanlar qazandıracaq.

Qeyd edək ki, kosmik raketlər yerdən 350 kilometr yüksəklikdə, saatda 28,000 kilometr sürətlə dünyanın ətrafında fırlanır. 90 dəqiqə ərzində dünya ətrafında fırlanmasını başa çatdıran ISS-də gündə 16 dəfə günəşin doğmasını və batmasını izləmək mümkündür.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR