Rusiya Krımda "gəmilərin qatili"ni yerləşdirdi

10.06.2019 09:25

Amerikalı müşahidəçisi Maykl Pek Rusiyanın Krımda yerləşdirdiyi "Utes” sahil raket kompleksindən danışıb.

O, "The National Interest” üçün yazdığı məqaləsində kompleksi "gəmilərin qatili” adlandırıb.

Onun sözlərinə görə, kompleks turboreaktiv mühərriklə "P-35” gəmi əleyhinə raketlər sayəsində "Utes” gəmilərin əsl qatili olub.

"Krımın sahil müdafiəsinin gücləndirilməsi Qara dənizə qərb müdaxiləsindən əvvəl Rusiyanın qorxularını azaldır”, - materialda qeyd edilir.

Qeyd edək ki, "P-35” raketinin uçuş məsafəsi 450 kilometrə qədər təşkil edir./publika.az

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR