İran ordusu yeni hava hücumundan müdafiə sistemini təqdim edib

09.06.2019 14:58

Bu gün Tehranda iranlı mütəxəssislərin hazırladıqları "15 xordad” tipli hava hücumundan müdafiə sisteminin təqdimatı olub.

Təqdimat mərasimində İranın müdafiə naziri general Əmir Xatəmi çıxış edib.

Nazir bildirib ki, bu sistem hücumçu qırıcı və pilotsuz uçan təyyarələri 150 kilometr məsafədə aşkar edərək, onları 120 kilometr məsafəyədək izləyə bilər. "15 xordad” tipli modern zenit raket sistemi, həmçinin gizlənən hədəfləri 85 kilometr məsafədə aşkar etmək və onları 45 kilometr məsafədə vurmaq qabiliyyətinə malikdir. Sistem eyni vaxtda altı hədəfi aşkar edə və izləyə, habelə altı hədəfə qarşı atış və məhvetmə əməliyyatını həyata keçirə bilər.

General onu da vurğulayıb ki, İran öz müdafiə qabiliyyətini artırmaq üçün heç kəsdən icazə almır və almayacaq. İranın ətrafındakı ölkələrdə regiondan kənar qüvvələrin çoxlu sayda bazaları mövcuddur. Ona görə də "15 xordad” kimi modern, zenit raket sistemi təhdidlər qarşısında İranı qorumaq üçün istehsal olunub. (AZƏRTAC)

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 09:53

İranda zəlzələ olub

ÇOX OXUNANLAR