Varşavanın mərkəzində hündür binada yanğın olub

08.06.2019 11:08

Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki göydələnlərin birində yanğın olub.

"Life” xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, alov binanın əsasən yuxarı mərtəbələrini əhatə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə nəzarəti gücləndirib, sakinləri yanğın olan ünavana yaxınlaşmamağa çağırıb.

Yanğının səbəbləri və xəsarət halları ilə bağlı hələlik bir məlumat verilməyib.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR