Latviyanın xarici ölkə nümayəndəliklərində dəyişikliklər olacaq

08.06.2019 09:39

Latviya hökuməti bu il ərzində səkkiz səfirini, o cümlədən NATO-dakı nümayəndəsini geri çağıracaq.

AZƏRTAC Latviya XİN-nə istinadla xəbər verir ki, Latviyanın ölkəmizdəki səfiri Yuri Maklakovs da daxil olmaqla Belarus, Litva, Hollandiya, Çin, BƏƏ, ABŞ-dakı səfirini, habelə NATO üzrə nümayəndəliyinin rəhbərini geri çağıracaq. Belçikada 2015-ci ildən boş olan səfir postuna isə yeni diplomat təyin olunacaq.

Latviyanın ABŞ-dakı səfiri Andris Teykmanis yeni seçilmiş prezident Eqil Levitsin administrasiyasının rəhbəri vəzifəsini tutacaq. Həmin ölkəyə isə artıq səfir təcrübəsinə malik yeni şəxs təyin olunacaq.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR