Putinlə Paşinyanın görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb

07.06.2019 11:32

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ötən gün keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayıb.

APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, görüşün əsas müzakirə mövzusu ikitərəfli münasibətlər olub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş ötən gün Sankt-Peterburqda keçirilib.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR