Uqandada torpaq sürüşməsində 5 nəfər ölüb, çox sayda insan dağıntı altda qalıb

07.06.2019 09:58

Uqandada torpaq sürüşməsi baş verib.

Təbii fəlakət zamanı 5 nəfər ölüb, çox sayda insan torpaq altında qalıb.

Hadisə yerli vaxtla saat 23.30 radələrində Bududa bölgəsində qeydə alınıb.

Ölənlərdən biri 8 yaşlı qız uşağıdır. Uqanda Qırmızı Xaç Cəmiyyətinin sosial mediada yaydığı xəbərə görə, axtarış-xilasetmə tədbirləri nəticəsində 5 nəfər torpaq altından çıxarılaraq həyatları xilas edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR