Bali adasında vulkan püskürüb: uçuşlar dayandırılıb

25.05.2019 10:13

Mayın 24-ü Bali adasında "Aqunq" vulkanı püskürməyə başlayıb, bu da aviasiya əlaqəsində fasilənin yaranmasına səbəb olub.

Bu barədə "Associated Press" agentliyi xəbər verib.

Püskürmə təxminən beş dəqiqəyə qədər davam edib, lakin bu vaxt ərzində kifayət qədər kül və lava püskürüb.

"Denpasar" Beynəlxalq Hava Limanı həmin gün bir neçə uçuşu ləğv edib.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR