Paşinyan: “Ermənistanın məhkəmə sisteminə cərrahi müdaxilənin vaxtı çatıb”

20.05.2019 14:31

"Ermənistanın məhkəmə sisteminə cərrahi müdaxilənin vaxtı çatıb”.

ONA-nın "Aysor.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan ölkə rəhbərliyi ilə keçirdiyi iclasda çıxışı zamanı deyib. O bildirib ki, istisnasız olaraq bütün hakimlər yoxlamalara cəlb olunmalıdır: "İctimaiyyət hakimlərin mülkləri və əlaqələri barədə məlumatlı olmalıdır. Verdiyi qərarlar sayəsində Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanın əleyhinə hökm çıxardığı bütün hakimlər vəzifələrindən kənarlaşdırılmalıdır. Ədalətli ola bilməyəcəyini hesab edən hakimlər də istefa verməlidir”.

Həmçinin baş nazir öz "facebook” səhifəsində məhkəmələr qarşısındakı etirazçıları 13:30-dan etibarən aksiyanı dayandırmağa çağırıb.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR