Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb

21.04.2019 20:33

Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Mərkəzi Departamentinin direktor müavini Mamuka Çelidze bildirib.

"Hazırda olan məlumata görə, 27 nəfər tibbi yardım alıb. Onlardan 12-i yerli sakinlər, 15-i polis əməkdaşlarıdır. Daxili İşlər Nazirliyinin 8 əməkdaşı klinikalara aparılıb.

Qeyd edək ki, yerli sakinlər Pankisi dərəsində yeni "Hadori-3" hidroelektrik stansiyasının inşasına qarşı çıxırlar. Onlar tikintinin dayandırılmasını tələb edirlər.

© xezerxeber.az


332 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR