"Hyundai" ailəsinin üzvü narkotik vasitə qəbul etdiyinə görə saxlanılıb

21.04.2019 19:42

Cənubi Koreya polisi ölkənin ən iri korporasiyalarından olan "Hyundai"ın təsisçisi Çunq Cu-yunqun 28 yaşlı nəvəsini narkotik vasitə qəbul etdiyinə görə saxlayıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, İnçon aeroportunda saxlanılan gənc "Hyundai"ın təsisçisinin 7-ci oğlu və "Hyundai M Parnetrs Co." şirkətinin idarə heyətinin sədri Çun Monq-ilin böyük oğludur.

Bildirilir ki, o, ötən il 3 dəfə qeyri-qanuni yolla əldə edilmiş maye formada marixuana qəbul etdiyinə və ölkənin digər iri şirkətlərindən olan "SK Group"un təsisçisinin nəvəsi ilə birgə marixuana çəkdiyinə görə saxlanılıb. Digər gənc fevral ayında saxlanılıb.

© xezerxeber.az


407 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR