Qazaxıstanda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb

21.04.2019 19:30

Qazaxıstanın Karaqanda aerodromunda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində iki nəfər ekipaj üzvü ölüb. Hadisə bu gün yerli vaxtla saat 16.25-də təlim uçuşu zamanı baş verib.

Qeyd edək ki, faktla bağlı Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin aviasiya hadisələrinin istintaq idarəsində araşdırmalara başlanıb.

© xezerxeber.az


317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR