Çində naməlum şəxs odlu silahla 5 nəfəri öldürüb

25.03.2019 16:12

Çinin Daxili Monqolustan muxtar bölgəsində naməlum şəxs odlu silahla 5 nəfəri öldürüb.

Bu barədə hadisənin baş verdiyi Kaylu dairəsinin yerli idarəetmə orqanı məlumat yayıb.

Hadisə yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə 11:30) baş verib. Hadisəni törədən şəxs polisin açdığı atəşdən sonra yaralı olaraq ələ keçirilib. Hazırda təhqiqat aparılır. (AZƏRTAC)

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR