Türkiyə bələdiyyə seçkilərinə tam hazırdır

25.03.2019 16:04

Türkiyənin Ali Seçki Komissiyası (ASK) martın 31-də bələdiyyə seçkilərinin keçirilməsinə tam hazır olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Komissiyanın sədri Sədi Güvən seçici siyahılarının təsdiqləndiyini, seçki məntəqələrinin səsverməyə hazırlandığını deyib. Komissiya sədri bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən 31 vilayətdə səsvermə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR