Avstriya Prezidenti Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə görüşəcək

25.03.2019 15:43

Avstriya Prezidenti Van der Belen martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşməyi planlaşdırır.

ONA-nın xəbərinə görə, bu barədə Avstriya prezidentinin dəftərxanası məlumat yayıb.

Avstriya Prezidenti günün birinci yarısında N. Paşinyanı, günün ikinci yarısında Prezident İlham Əliyevi qəbul edəcək.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR