Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Turistlər üçün ən təhlükəsiz ölkə müəyyənləşdi

09.11.2018 17:45

Böyük Britaniyanın "Which?” İstehlakçılar Assosiasiyası səyahət üçün ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.

Oxu.az xəbər verir ki, mütəxəssislər 20 ən populyar istiqaməti 4 göstəriciyə görə dəyərləndiriblər: cinayətkarlıq səviyyəsi, sağlamlığa təhlükə, terror aktları və təbii fəlakətlər ehtimalı. Bütün göstəricilərə əsasən ən təhlükəsiz ölkə İslandiya elan edilib.

İkinci pillədə BƏƏ-dir. Sonrakı mövqelərdə Sinqapur, İspaniya və Avstraliya qərarlaşıblar.

Turistlər üçün ən arzuolunmaz məkanlar isə Türkiyə və Cənubi Amerikadır. Bu ölkələrdə cinayətkarlıq səviyyəsi olduqca yüksəkdir, həmçinin viruslara yoluxma təhlükəsi də mövcuddur.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR