Xəzər Xəbər

Yunanıstan ərazi sularını genişləndirmək istəyir

Dünya | 09:02 • 23 Oktyabr 2018
Yunanıstan ərazi sularını genişləndirmək istəyir

Yunanıstan Xarici İşlər Nazirliyi Prezident Prokopis Pavlopulosun bu ölkənin ərazi sularının genişləndirilməsini nəzərdə tutan sərəncamının qanun layihəsini hazırlayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yunanıstanın sabiq xarici işlər naziri Nikos Kotzias qurumun işlərinin hazırkı Baş nazir Aleksis Tsiprasa təhvil verilməsi mərasimində söyləyib. O bildirib ki, birinci qanun layihəsi ölkənin şimal adalarına aid olacaq və İonik adalarından başlayaraq Krit adasına kimi davam edəcək.


Qeyd edək ki, N.Kotzias öz vəzifəsindən istefa verərək xarici işlər naziri səlahiyyətlərini Baş nazir Aleksis Tsiprasa təhvil verib. Aleksis Tsipras bildirib ki, o, Makedoniya ilə ölkənin adı barədə sazişin bağlanmasına özü rəhbərlik edəcək. Baş nazir ölkənin ərazi sularının 6 mildən 12 milədək genişləndirilməsin beynəlxalq hüquqa uyğun olduğunu və prosesin davam edəcəyini diqqətə çatdırıb.


Hazırda Yunanıstanın ərazi suları 6, hava məkanı isə 10 mil təşkil edir.

Xəbər lenti