Xəzər Xəbər

Hindistanda daşqınlar: 11 nəfər həlak olub, 45 nəfər itkin düşüb

Dünya | 13:20 • 25 Sentyabr 2018
Hindistanda daşqınlar: 11 nəfər həlak olub, 45 nəfər itkin düşüb

Hindistanın şimalında yerləşən Himaçal-Paradeş ştatının Lahul və Spiti dairələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri 11 nəfərin həyatına son qoyub.


Xezerxeber.az xəbər verir ki, ANI informasiya agentliyinin yaydığı məlumata görə, təbii fəlakət nəticəsində, həmçinin 45 nəfər itkin düşüb. Onların 35-i Rurki şəhərində yerləşən Texnologiya İnstitutunun tələbələridir.


Leysan yağışları səbəbindən Pəncab əyalətində qırmızı təhlükə səviyyəsi elan olunub, Cammu və Kəşmir ştatında məktəblər bağlanıb.


Rəsmi statistikaya əsasən, cari ildə leysan yağışları səbəbindən Hindistanda min nəfərdən çox insan həyatını itirib.

Xəbər lenti