Xəzər Xəbər

İraq Ali Məhkəməsi: Səslər yenidən əllə sayılsın

Dünya | 13:13 • 21 İyun 2018
İraq Ali Məhkəməsi:

İraqda bir müddət əvvəl səslərin saxlanıldığı depoda yanğın çıxdıqdan sonra seçkilərin yenidən keçirilməsi barədə təkliflər gündəmə gəlmişdi. İraqın Ali Məhkəməsi səslərin yenidən əllə sayılmasını düz qərar adlandıraraq Parlamentin bu barədə qərarını dəstəklədiyini bildirib.

İraqda Palmanet seçkilərində qalib gələn Sairun koalisiyasının sədri Müqtəda əs-Sədr seçkilərin yenidən keçirilməsi barədə çağırışlardan imtina edib və iraqlıları vətəndaş müharibəsi ehtimalından qaçmağa çağırıb.

«Yer, vəzifə, gəlir, nüfuz və hakimiyyət üçün mübarizəni dayandırın. Bir və ya iki kürsünün sahibi dəyişmək üçün seçki sandıqlarının yandırılması, yaxud seçkilərin yenidən keçirilməsi əvəzinə bərpa və yenidənqurma üçün birləşmək vaxtı deyil?», deyə Əs-Sədr bəyan edib.

Əs Sədr bu bəyanatı Bağdadda səslərin sayılmasından əvvəl seçki bülletenləri olan anbar yanmasından bir gün sonra verib. Qeyd edək ki, bir neçə saat keçdikdən sonra yanğınsöndürənlər sandıqların saxlandığı yerdə alovu söndürə biliblər.

Yanğın xəbərlərindən sonra baş nazir Heydər əl –İbadi hadisəni «ölkəyə və demokrtiyaya ziyan vurmaq məqsədiylə həyata keçirilən əlbirlik» adlandırmışdı.

İstefaya yollanan parlamentin spikeri Səlim əl-Cuburi də seçkilərin yenidən keçirilməsinə çağırmışdı.

Hökumət bəyan edir ki, seçki sandıqları xilas edilib və hazırda istintaqı aparılan yanğın səslərin sayılmasına təsir etməyəcək. Lakin bu hal əs-Sədri ölkəni vətəndaş müharibəsi barədə xəbərdarlıq etməyə vadar edib.

«Mən ölkəni nə vəzifə və nə də hakimiyyət üçün satmaram. İraq – mənim doğma vətənimdir, siyasi mövqelər mənim üçün az əzəmiyyətlidir», - deyə Sədr bəyanatında bildirib./faktxəbər

Xəbər lenti