Xəzər Xəbər

Rusiya MN: Laçın rayonu Azərbaycana təhvil verilib

Dünya | 17:12 • 1 Dekabr 2020
Rusiya MN: Laçın rayonu Azərbaycana təhvil verilib

"Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”.


Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib.



O bildirib ki, Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altındadır: "Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanların yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur”.


İqor Konaşenkov onu da əlavə edib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib.


Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib: "Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq".


Atif

Xəbər lenti