Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 135 mini keçdi

Dünya | 11:36 • 30 Noyabr 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 135 mini keçdi

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 356 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.


"Sputnik Armenia”nın verdiyi xəbərə görə, Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 135 124 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 164 nəfərə çatıb.


Ermənistanda xəstəlikdən sağalanların sayı 108 442 nəfərdir.

Xəbər lenti