Xəzər Xəbər

Gürcüstanda komendant saatı tətbiq ediləcək

Dünya | 14:25 • 26 Noyabr 2020
Gürcüstanda komendant saatı tətbiq ediləcək

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq ölkə ərazisində noyabrın 28-dən yanvarın 31-dək sərbəst hərəkət saat 21:00-dan 05:00-dək məhdudlaşdırılıb.


Müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.


Sərbəst hərəkətə gətirilən məhdudiyyətə yalnız yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 6-dək icazə veriləcək.


Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, noyabrın 28-dən yanvarın 31-dək ölkə ərazisində dəmiryolu, avtobus və mikroavtobuslarla müntəzəm sərnişin daşımalarına da məhdudiyyət tətbiq ediləcək. 


Məhdudiyyətin taksi fəaliyyətinə şamil edilmədiyi bildirilib./Apa

Xəbər lenti