Xəzər Xəbər

Lavrov: Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur

Dünya | 16:46 • 24 Noyabr 2020
Lavrov:

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.


O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:


"Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir".

Xəbər lenti