Xəzər Xəbər

İranda 335 nəfər koronavirusdan öldü

Dünya | 15:12 • 24 Oktyabr 2020
İranda 335 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 335 nəfər koronavirusdan (COVID-19) ölüb.


Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 32 320 nəfərə çatıb.


Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 814 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 562 705 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 952 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.


İranda indiyədək 450 891 nəfər koronavirusdan sağalıb.


Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.


Ölkədə indiyədək 4,68 milyondan çox diaqnoz testi həyata keçirilib./trend

Xəbər lenti