Xəzər Xəbər

Silahlı şəxs bankda insanları girov götürüb - Gürcüstanda

Dünya | 16:53 • 21 Oktyabr 2020
Silahlı şəxs bankda insanları girov götürüb -

Zuqdidi şəhərində silahlı şəxs Gürcüstan Bankının yerli şöbəsindəki insanları girov götürüb.


Gürcüstan telekanalları xəbər yayıb ki, girovlar arasında həm bankın əməkdaşları, həm də müştəriləri var.


Hazırda xüsusi əməliyyat keçirilir. Hadisə yerinə xüsusi təyinatlılar gəlib.


"Rustavi 2” telekanalının məlumatına görə, bankın filialında 30 nəfərədək insan var. Onları girov götürən şəxsin qumbara və avtomatla silahlandığı bildirilir.


Respublikanın Baş Naziri Georgi Qaxariyanın sözlərinə görə, cinayətkar təkbaşına fəaliyyət göstərir.

Xəbər lenti

Çox oxunanlar